vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QALMAQAL  
16:54 | 28 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 2061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... İran agentidir»

«Tale Bağırzadə və onun tərəfdarları barədə fikirlərim təmsil olunduğu partiyada yaxşı qarşılanmır»

MÖVZU İLƏ ƏLAQƏLİ

AXCP üzvü, prezident İlham Əliyevin sonuncu əfv fərmanı ilə həbsdən azad olunan Elvin Abdullayev sensasiyalı açıqlamaları ilə yadda qalıb. Elvin Abdullayev təmsil olunduğu partiyanın Tale Bağırzadə, Abgül Süleymanovu müdafiə etməsini doğru görmədiyini bildirərək, onları İran agentləri adlandırıb.

«Azad olunmağıma sevinənlər də çox oldu, sevinməyənlər də. Sevinməyənlər o insanlar idi ki, onlar İrana Xomeyniyə bağlı insanlar idi. Onlar məni heç təbrik də etmədilər. Hətta dedilər ki, inşallah yenidən qayıdarsan həbsxanaya. Əsasən də Xomeyninin, Hacı Tale Bağırzadənin, Abgül Süleymanovun tərəfdarları idi. Onlarla mənim dəfələrlə mübahisəm düşmüşdü. Çünki onlar İranın və Xomeyninin təbliğatını aparırdılar. Bu adamların İran xüsusi xidmət orqanları ilə birbaşa əlaqələri var idi. Onlar həbsxanadan İran təbliğatı aparıb insanlara aşılamağa çalışırdılar, biz də əks təbliğat aparıb insanlara milli ruhu aşılayırdıq. Deyirdik ki, İran agentlərinə inanmasınlar, onların İran xüsusi xidmət orqanları ilə əlaqəsi var.

Mən o insanların iç üzünü yaxından görmüşəm. Hacı Tale Bağırzadənin də, Abgül Süleymanovun da. Onların yanında Xomeyniyə, Əli Xamneyiyə aid mənfi bir şey danışanda onlar elə bir aqressiv reaksiya verirlər ki, elə bil, siz onların yaxın qohumların təhqir etmisiniz. Hətta fiziki güc tətbiq etmək hədəqəsinə gəlirlər» deyə AXCP üzvü qeyd edib.

Elvin Abdullayev Tale Bağırzadə, Abgül Süleymanov və tərəfdarlarını siyasi məhbus hesab etmədiyini də deyib.

«Sonuncu dəfə Hacı Tale Bağırzadənin tərəfdaşları ilə ciddi mübahisələrim oldu həbsxanada. Ola bilsin onlara əlavə də qondarma ittihamlar irəli sürüblər, ancaq onlar ümumilikdə vətənə xəyanət ediblər. İran meylli olmağın özü belə vətənə xəyanətdir.

Mənim ideologiyam Bütöv Azərbaycançılıq, Turançılıq, Türkçülük, dövlətçilik üzərindədir. Hacı Tale Bağırzadə və tərəfdarlarının ideologiyası isə İran xüsusi xidmət orqanlarına işləmək, Xomeyniçi olmaq üzərində qurulub» deyə Elvin Abdullayev bildirib.

AXCP üzvü onun Tale Bağırzadə və tərəfdarları haqqındakı fikirlərinin təmsil olunduğu partiyada yaxşı qarşılanmadığını da qeyd edib.

«Xüsusən təmsil olunduğum Azərbaycan Xalq Cəbhəsi Partiyasında bunu düzgün qarşılamadılar. Ancaq mən millətçiyəm. Partiya nizamnaməsinin birinci bəndi Bütöv Azərbaycanla bağlıdır. Ola bilsin ki, partiyamızın siyasi xəttinə zidd addım atmışam, amma bu Nizamnamə çərçivəsində olub» deyə Elvin Abdullayev bildirib.