vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
19:47 | 30 mart 2017 | Cümə axşamı Məqaləyə 2251 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BP «Şahdəniz»də işi dayandırır

Müddətin nə qədər çəkəcəyi bilinmir

MÖVZU İLƏ ƏLAQƏLİ

BP Azərbaycanın Xəzərdəki «Şahdəniz-1» yatağında işi bu ilin ikinci yarısında dayandıracağını elan edib. Virtualaz.org «Reuters»ə istinadən xəbər verir ki, bu haqda BP-nin hasilat, transformasiya və minerallar üzrə əməliyyat direktoru Qordon Birell bildirib. Xəbər verildiyi kimi Qordon Birell ötən gün Bakıda olub və prezident İlham Əliyevlə görüşüb. BP-nin əməliyyat direktoru «Şahdəniz-1» platformasında işlərin «texniki xidmət» üçün dayandırılacağını bildirib. Lakin işlərin hansı müddət çəkəcəyi haqda məlumat verməyib.

«Şahdəniz-1»də problemin yarandığı haqda bundan əvvəl Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili bildirmişdi. O demişdi ki, martın əvvəllərində «Şahdəniz»də problem yaranıb, nəticədə Azərbaycandan Gürcüstana qaz təchizatı bir neçə günlüyə dayanıb. Nazir müavini Azərbaycandan qaz təchizatının dayandırılmasına görə Rusiyanın «Qazprom» şirkətindən müqavilə üzrə nəzərdə tutulmuş və xüsusi şərtlərdə istifadəsi nəzərdə tutulan qaz həcmindən 100 milyon kubmetr aldıqlarını açıqlayıb. Azərbaycanın energetika sektoru rəsmiləri «Şahdəniz»də problemin nədən ibarət olduğu haqda açıqlama verməyib.