vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ŞOU BİZNES  
21:32 | 6 aprel 2017 | Cümə axşamı Məqaləyə 2157 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bakıya buraxılmasın»

Yenidən erməni mahnısı oxuyan Özcan Dənizə etiraz

Könül İBRAHİM

Sosial şəbəkədə Türkiyənin məşhur müğənnisi Özcan Dənizin erməni müğənni Super Sakonun «Mi Gna» mahnısını ifa edərkən çəkilən görüntüləri yayılıb. İfaçı makiyaj olunarkən erməni mahnısının sədaları altında əylənib. Dənizin bu addımı yenidən azərbaycanlıları özündən çıxarıb. Şəbəkə istifadəçiləri müğənninin səhifəsində iradını bildiriblər.

Musavat.com xəbər verir ki, onlar arasında prodüser Tolik də olub. Prodüser şəxsi səhifəsində sözügedən görüntüləri paylaşıb və Özcanın Bakıya gəlişinə qadağa qoyulmasını istəyib:

«Bu Özcan Dəniz yaman ermənipərəst çıxdı. Erməni mahnılarına meyli var. Bu yaxınlarda Bakıya gəlib, milyonlar qazanacaq. Bəzi qızlar da özünü onun üçün öldürəcək. Bəziləri ona səhifəsində yaltaqlanır. İndi deyəcəklər ki, musiqinin dili yoxdur. Bunun Bakıya gəlməsinə qadağa qoymaq lazımdır. Kinosunu Ermənistanda təqdim etsin».

Qeyd edək ki, bir müddət öncə proqramların birində qonaq olan ifaçının erməni əsilli aşıq Sayat Novaya məxsus olduğu iddia edilən «Kamança» adlı mahnını ifa etməsi birmənalı qarşılanmamışdı. Azərbaycanlılar, xüsusilə sənət adamları sosial şəbəkədə Özcana öz etirazını bildirmişdi. Onlar eyni zamanda «Kamança»nın musiqisinin azərbaycanlı bəstəkar Emin Sabitoğlunun «Dağlar» mahnısından oğurlandığını qeyd etmişdilər.

Azərbaycanlıların sərt reaksiyası ilə qarşılaşan müğənni fikirlərini sosial şəbəkədə bölüşmüşdü: «Sevgili azərbaycanlı qardaşlarım, təxminən 10 il öncə «Mədəniyyət körpüləri» adlı konsertimiz var idi. Bu konsertdə bir çox dildə mahnılar oxuduq. Yayılan video həmin konsertin tanınması üçün iştirak etdiyim proqramdandır. Hətta repertuarda ispan və ingilis dilində mahnılar da vardı. Kanal 24-də yayımlanan «Kafa dengi» proqramına da həmin dövrdə çıxmışdım. Proqramda oxuğum türkü əzbərimdə idi. Orada Emin Sabitoğlundan bəhs etməliydim, haqlısınız. Sadəcə buna görə sizdən üzr istəyirəm. Məlumatsızlığıma sayın.

Sözügedən proqramı heç xatırlamıram. Sənətin dini, irqi, dili olmaz. Sizə orada hər hansı yayım orqanı nə deyir, bilmirəm. Hər şey birtərəfli anladılır. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu səhv təqdimat məni də sizlər qədər kədələndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir ki, Xocalı soyqırımının hər il dönümündə acınızı bölüşürəm. Bir neçə dəfə Şəhidlər Xiyabanına gedib dua etmiş biriyəm. Allah bilir ki, çəkildiyim seriallarda Azərbaycan xalqını xor görəcək hər ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim bağlılığım fərqlidir. Türk filmlərini Azərbaycana ilk gətirən mənəm. Türkiyədə azərbaycanlı müğənnilərin ilk konsertini də keçirən mənəm. Hazırda azərbaycanlı dostlarımla iki qardaş ölkənin ortaq dəyəri olan «Koroğlu» dastanını ekranlaşdırmaq üçün çalışırıq. Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlılar dostlarım olacaq. Buna zərər vermək istəyənlər öz pislikləri ilə qalacaqlar. Sizləri sevirəm, məkrli niyyəti olanlara deyil, mənim qəlbimə inanın. Allaha əmanət olun».