vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
17:00 | 20 noyabr 2013 | Çərşənbə Məqaləyə 3165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ziya Məmmədov Rusiyadan «küsüb»

Moskvadakı mənbə: «Azərbaycan tərəfi dəmir yol qatarlarının yenilənməsi layihəsində «Vneştorqbank»la kredit danışıqlarını dayandırıb»

Virtualaz.org

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Azərbaycan bazarına çıxmaq səyləri nəticəsiz qalıb. ABC agentliyi xəbər verir ki, Rusiyanın Azərbaycan dəmir yollarının vaqon və lokomotiv parkının yenilənməsi layihəsində iştirakına dair danışıqlar dayandırılıb.

Moskvadakı mənbələrdən bildirildiyinə görə, Rusiya «Azərbaycan Dəmir Yolları» üçün yeni lokomotiv və vaqonların alınmasını «Vneştorqbank»ın ayırdığı güzəştli kreditlər hesabına maliyyələşdirməyi, habelə köhnə lokomotiv və vaqonların Rusiya müəssisələrində təmirini təklif etmişdi.
«Lakin bu gün aydındır ki, belə sövdələşmə olmayacaq. Azərbaycan lokomotivləri başqa ölkələrdə təmir etdirir və yenilərini Rusiya müəssisələrindən almağa hazırlaşmır» - deyə mənbə bildirib.
«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin ilkin ehtiyaclarını ödəmək üçün azı 12 çoxsistemli elektrovoz və 100 sərnişin vaqonlarının alınması tələb olunur. Ümumiyyətlə, müəssisəyə 50-dən artıq yeni elektrovoz lazımdır.
Xəbərdə bildirilir ki, Nəqliyyat Nazirliyinin potensial kreditorlarla bu barədə apardığı danışıqlarda dəfələrlə şərtlər dəyişib. Hazırda ən münasib təklifi Almaniyanın İnkişaf Bankı (KFW ) və Avropa İnvestisiya Bankı verib. Sövdələşmənin həcmi 400-500 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, Azərbaycan Nəqliyyat Nazirliyi ilə Rusiya arasında münasibətlərin gərginləşməsi neçə vaxtdır hiss olunur. Rusiya elan edib ki, dekabrın 1-dən etibarən beynəlxalq gömrük tranzit sistemi TIR (Transports İnternationaux Routiers) onun ərazisində işləməyəcək. Bu sistemin qüvvəsinin dayandırılması Azərbaycandan olan yükdaşıyanlar üçün ciddi problem vəd edir.
Nəqliyyat naziri Ziya Məmmədov bu günlərdə bəyan edib ki, Rusiyanın TIR sistemindən imtina etməsi beynəlxalq konvensiyaların pozulmasıdır.
Rusiya daha əvvəl qüvvədə olan TIR kitabçalarının əvəzinə Gömrük İttifaqında öz tranzit sisteminin hazırlanması təşəbbüsü ilə çıxış edib. 
Z.Məmmədovun sözlərinə görə, rəhbərlik etdiyi nazirlik bu məsələyə aydınlıq gətirmək üçün Rusiya Nəqliyyat Nazirliyinə yazılı müraciət göndərib. Onun fikrincə, Rusiyanın qəbul etdiyi mövcud qərar beynəlxalq konvensiyanın pozulması anlamına gəlir və Rusiya bu addımı birtərəfli qaydada ata bilməz.
Həmçinin məlum olub ki, Nəqliyyat Nazirliyi İsveçrənin «Stadler Rail AG» şirkətindən 30 sərnişin vaqonunun alınması, habelə Azərbaycan ərazisində vaqonların birgə istehsalının təşkil edilməsi üçün danışıqlar aparır. Yeni vaqonlardan Bakı-Tiflis-Qars dəmiryolunda sərnişindaşıma üçün istifadə olunacaq.