vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
RƏY, REPLİKA  
14:58 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 3058 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həyat yoldaşım da «Facebook»a girir»

Araz Əlizadə: «Sözləri varsa, üzümə desinlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mənim fikirlərim konteksdən çıxarılıb. «Facebook»a daxil olan hamını avara adlandıra bilmərəm. Demişəm ki, onu-bunu tənqid edənlər, boş-boş vaxt keçirənlər avaradırlar».

Bunu azvision.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib.

«Mənə sual verdilər ki, sizi tənqid edirlər. Mən də dedim ki, bu, tənqid deyil, söyüşdür. Onu yazanlar, səhərdən axşama qədər vaxtını orada keçirənlərin hamısı avaradır. Yəni, ümumilikdə hamını avara adlandırmamışam. Mənim oğlum, həyat yoldaşım da «Facebook»a girir. Ona görə mən deyə bilmərəm ki, orada olanların hamısı avaradır. Amma vaxtını «Facebook»ada keçirənlər, 24 saat orada olanlar avaradır. Bununla bağlı Milli Məclisin İntizam Komitəsinin məni cəzalandırmasına gəlincə, elə bir şey ola bilməz. Ümumiyyətlə fikrinə görə insanı necə cəzalandıra bilərlər?» - deyə A.Əlizadə vurğulayıb.

Deputat sosial şəbəkələrdə onu söyənlərə sərt cavab verib: «Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər həmin sözləri üzümə desinlər. Əgər kişidilərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, Facebook-a girib məni söyürlər».

A.Əlizadə qeyd edib ki, ona söyüş söyənləri məhkəməyə vermək fikrində deyil: «Mən heç kimdən şikayət edən deyiləm. Sözümü kişi kimi deyirəm. Qoy, onlar da yazsınlar ki, Arazı belə-belə söymüşəm. Ünvanım da filandır.

Onlar kimdir axı?. Mən sözümü ağıllı insanlara deyirəm. Səfeh insanlar sözümü dərk etməsələr daha yaxşıdır. İndi onlar söyüş söyürlər? Söysünlər. Belə bir məsəl var ki, səfeh insanın söyüşünün özü tərifdir».