vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
17:45 | 20 aprel 2017 | Cümə axşamı Məqaləyə 387 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Diplomatiyanın uğurlu birləşməsi»

«İsraillə Azərbaycanı dərin dostluq münasibətləri bağlayır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İsraillə Azərbaycanı bir-birinə dərin dostluq və əməkdaşlıq münasibətləri bağlayır». «Trend» xəbər verir ki, bunu siyasi analitiklər Corciya Pilar və Domeniko Letitsiya «Foreign Policy News» jurnalındakı məqaləsində yazıb.

Məqalədə qeyd olunur ki, son illərdə Azərbaycanla İsrail arasında münasibətlər hər iki ölkəyə böyük üstünlüklər verib. Bu gün İsrail Azərbaycan neftinin İtaliyadan sonra ikinci ən böyük idxalatçısıdır və Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndərilməsi üzrə işlərində öz yardımını göstərir.

Müəlliflər yazır ki, bu ölkələr ticarət-iqtisadi əməkdaşlıq sahəsində çoxsaylı sazişlər imzalayıb:

«Azərbaycanla İsrail arasında münasibətlər iqtisadiyyat və diplomatiyanın uğurlu birləşməsidir. Ölkələr arasındakı iqtisadi və diplomatik münasibətlərdəki son illərdəki dəyişikliklər hələ 90-cı illərin sonlarında çox şey vəd edən dialoqun məntiqi təkamülüdür».