«Dedim ki, cənab Putin...»
İranın Aralıq dənizinə doğru irəliləməsi və İsrailin xəbərdarlığı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bizimlə dirəşən o birilərlə barışır
İran ətrafında halqa daralıb, sanksiyalar sərtləşib
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
-
Dehli Kremldən narazıdır
Modi Putinlə görüşünü niyə təxirə salıb?
-
Putin tələb etdi, Lukaşenko seçim
Minsk müharibəyə qoşulacaqmı?
-
Lukaşenko zəmanət vermir
Rusiya-Belarus danışıqlarının gizlinləri
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
İran elitasında parçalanma?
Uğurlu inqilab üçün əsas amil
-
Rusları və Rusiyanı tanımaq
Qurbanlar öz cəlladları ilə əlbir olurlar
-
Ukraynaya “ağıllı bombalar”
Müharibənin taleyini həll edəcək ikinci həmlə
-
Qan donduran “zarafat”
Duma deputatının dediklərinə görə hətta ruslar da utandılar
-
Belarus müharibəyə qoşulur?
“Qırmızı kvadrat”la işarələnmiş zirehlilərin görüntüləri yayılıb
-
“Yeni nüvə təhlükəsi”
Putin “Patriot” raketləri xəbərlərinə YARS-la cavab verib
-
Jurnalist qətlləri çoxalıb
Keçən illə müqayisədə 45 faiz artım var
-
Kadırov ABŞ-ın radarında
“The New York Times” Çeçenistan liderinin idmançılarla əlaqələrini araşdırır
ABŞ İsraillə Barak Obamanın hakimiyyəti dövründə möhkəm müttəfiqlik münasibətlərini bərpa etmək üçün birinci addımı atıb.
Virtualaz.org xəbər verir ki, Birləşmiş Ştatların müdafiə naziri, «quduz köpək» ləqəbli dəniz piyadaları generalı Ceyms Mattis İsrailə səfər edib və başda İran olmaqla iki ölkəni maraqlandıran məsələləri müzakirə edib. Ceysm Mattis Trampın hakimiyyətə gəlişindən sonra ABŞ-dan İsrailə səfər edən ilk yüksək vəzifəlidir.
İsrail KİV-lərinin xəbərlərinə görə, Ceysm Mattislə danışıqlardan sonra İsrailin baş naziri Benyamin Netanyahu Tramp administrasiyasının İran və Suriya məsələsində «dəqiq yanaşmasından» məmnunluq ifadə edib. Ceyms Mattis isə deyib ki, ABŞ-la İsrailin bir ümumi düşməni var-cihadçılar. Müdafiə nazirinin sözlərinə görə, iki ölkə İrandan qaynaqlanan təhdidlərə qarşı birgə fəaliyyət göstərməkdə davam edəcək.
Bu arada baş nazir Netanyahu ABŞ-ın Fox News telekanalına müsahibəsində İranın Suriya sahillərində hərbi dəniz bazası qurmaq planları barədə danışıb və deyib ki, bu məsələni mart ayında Moskvaya səfəri zamanı qaldırıb. Ancaq inandırıcı cavab ala bilməyib. «Onlar Suriyaya doğru irəliləyərək Aralıq dənizində hərbi-dəniz bazası qurmağa cəhd edirlər. Təəsvvür edin ki, İran, onun gəmiləri, sualtı qayıqları Aralıq dənizindədir. Sizin (ABŞ-ın) 6-cı donanmanız orada dislokasiya olunub, bizim gəmilərimiz oradan keçir. Biz İranın Aralıq dənizində belə bazasının olmasını istəyirikmi?» - Netanyahu deyib.
Baş nazir əlavə edib ki, Moskvaya səfəri zamanı prezident Vladimir Putinlə məhz bu məsələni müzakirə edib. Onun nəzərinə çatdırdım ki, İsrail buna imkan verə bilməz. Mən cənab Putinə dedim ki, bu, heç də yaxşı ideya deyil. İranın Aralıq dənizində hərbi dəniz bazası qurması heç kimin maraqlarına cavab vermir, o cümlədən Rusiyanın. Lakin təəsüf ki, Putindən inandırıcı arqumentlər eşitmədim»-Netanyahu bildirib.