vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:34 | 23 aprel 2017 | Bazar Məqaləyə 1514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«... 7,5 milyarddan biridir»

«Onun sizə heç bir dəxli yoxdur...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk son vaxtlar iki ölkə arasındakı münasibətlərdə problemlərin yarandığı ilə razılaşmır. Virtualaz.org xəbər verir ki, səfir «Azadlıq» radiosunun erməni xidmətinə açıqlamasında Belarus-Ermənistan münasibətlərində ciddi problemin olmadığını, iki ölkə arasında ticarət dövriyyəsinin artdığını, bir sıra proqramlar üzrə fəal əməkdaşlıq getdiyini deyib.

Jurnalist prezident Lukaşenkonun KTMT-də erməni baş katibin seçilməsini bir neçə dəfə əngəllədiyini və Belarusun  bloqqer Aleksandr Lapşini Bakıya təhvil verməsini səfirə xatırladıb. Diplomat isə bildirib ki, əvvəla KTMT baş katibinin seçilməsi konsensus yolu ilə həll olunur, səs çoxluğu ilə deyil. İkincisi, Lapşinə gəldikdə Ermənistanda israrla bu məsələnin Belarusla münasibətlərə təsiri barədə danışırlar. Əslində isə Lapşinin Ermənistana heç bir dəxli yoxdur.

«Siz elə adam barədə israr edirsiniz ki, onun Ermənistana heç bir dəxli yoxdur. O, bir sıra ölkələrin vətəndaşıdır, ancaq Ermənistan vətəndaşlığını daşımır. Ona görə də mən planetin 7.5 milyard sakinindən birini ayrıca müzakirə edə və ona belə diqqət ayıra bilmərəm»-Nazaruk bildirib. Səfir daha sonra erməni jurnalistlə söhbəti davam etdirmək istəməyib və uzaqlaşıb.