vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ƏDƏBİYYAT  
18:31 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 1982 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əsir düşərgəsi» satışda

Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğalardan bəhs edən kitab

MÖVZU İLƏ ƏLAQƏLİ

«Xocalıya ədalət» beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində çap olunan jurnalist Vüsalə Məmmədovanın «Əsir düşərgəsi» kitabı artıq satışdadır. Lent.az-da yayımlanan eyniadlı layihə əsasında tərtib edilən kitab TEAS Press Nəşriyyat Evində çap olunub.

«Əsir düşərgəsi» kitabını şəhərin kitab mağazalarından əldə edə bilərsiniz. Kitabı TEAS Press Nəşriyyat Evinin saytından online sifariş etmək də mümkündür. Yeni nəşrdə toplanan doqquz hekayət Qarabağ müharibəsində ermənilərin əsir və girov götürdüyü insanların üzləşdikləri işgəncə və zorakılıqdan, yaşadığı dəhşətlərdən bəhs edir. Hekayətlər əsir və girovların dilindən qələmə alınıb.

Kitabda 1993-cü ildə könüllü olaraq Azərbaycan Milli Ordusunun sıralarına yazılaraq, Qarabağda döyüşən Türkiyə vətəndaşı Atilla Yumakın əsirlikdə yaşadıqlarından və digər xarici ölkə vətəndaşlarının göstərdiyi fədakarlıqdan da söhbət açılır.

Qeyd edək ki, nəşrin məqsədi Qarabağ müharibəsi həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə daha bir addım atmaqdır. Müharibənin günahsız insanların taleyinə vurduğu silinməz zərbə və damğaları yenidən cəmiyyətə göstərən, erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim edən kitabda bir çox faktlar geniş ictimaiyyətə ilk dəfə çatdırılır.