vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
MÜSAFİR  
10:37 | 25 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 266 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Reketlik yalnız jurnalistikanın bəlası deyil»

Əflatun Amaşov: «Bəzi məqamlarda adam düşünür ki, hər media orqanının arxasında kimlərsə dayanır»

Elşad PAŞASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Yeni Müsavat»ın «Bizim qonaq» rubrikasında iştirak edib. 60 illik yubileyi ərəfəsində (aprelin 26-da) bizimlə geniş söhbət edən Mətbuat Şurasının sədri ilə müsahibənin 4-cü, sonuncu hissəsini təqdim edirik.

(əvvəli ötən saylarımızda)


Əflatun bəy internet jurnalistikasından danışarkən deyir ki, inkişaf etmiş ölkələrin özündə də, məsələn, ABŞ, Böyük Britaniya, Almaniya təcrübəsində müəyyən məhdudiyyətlər var.


Rauf bəyin sualı:

- Yəni analoji məhdudiyyətlərdir, yoxsa onlarda bizdən fərqlidir?

- Hər bir cəmiyyətin özünün problemləri var. Məsələn, bu yaxınlarda Hollandiyada belə bir problem olmuşdu: Bir müsəlman xanım sosial şəbəkədəki profilində Hollandiyadakı cinsi azlıq haqqında məlumat paylaşmışdı, bu, çox böyük qalmaqala səbəb olmuşdu və onun səhifəsi qapadıldı. Yaxud Kanadada fəaliyyət göstərən alman əsilli insanlar bir neçə saytda və sosial şəbəkələrdəki profillərində faşizmi təbliğ edirdilər. Onların Almaniyada yayılmasının qarşısı alındı. Digər ölkələrdə də bu sayaq məqamlar nəzərə alınır. Yaxud Meksikada baş verən olaylar; narkotik vasitələrdən istifadə ilə bağlı müəyyən məlumatların yayılmasının qarşısı ABŞ-da alındı. Ancaq internet belə bir sahədir ki, onun qarşısını almaq mümkün deyil. Burada vacib şərt klassik media vasitələri kimi internet mediasının da etik normalara əməl etməsidir. Böyük Britaniya və digər ölkələrdə bu məqam narahatlıq yaradır və məsələnin həlli yolları həmin ölkələrdə fəaliyyət göstərən məhz o insanları birləşdirən ictimai birliklər vasitəsilə həyata keçirilir. Əgər dövlətçiliklə bağlı nə isə məqam varsa, hakimiyyətin devrilməsi ilə əlaqədar çağırış varsa, narkotik maddələrdən istifadə, onun yayılması təbliğ olunursa, belə məqamlar demək olar ki, bütün dünyada yolverilməz hesab olunur və istənilən ölkədə bunlara qadağa qoyulur. Həmçinin uşaq və qadın istismarı da kifayət qədər ciddi məsələlər sayılır.


E.Paşasoy:

- Əflatun bəy, son zamanlar Azərbaycanda qara xəbərlərin yayılmasına görə medianın günahlandırılması tendensiyası müşahidə olunur. Əslində mətbuat bu xəbərlərlə necə davranmalıdır, peşə prinsiplərinə sadiq qalaraq tirajlamalıdır, yoxsa senzura tətbiq etməlidir?

- İntiharları nəzərdə tutursunuz?


- Həm də intiharları.

- Sizə bir misal çəkim: ən çox intihar edən ölkələrdən biri Finlandiyadır. Ancaq siz onların mətbuatını izləsəniz, görərsiniz ki, ən az xəbər intiharlarla bağlıdır. İnkişaf etməkdə olan ölkələrin mətbuatında isə intihar xəbərləri daha çoxdur. Mütəxəssislər hesab edirlər ki, insan müxtəlif psixoloji durumda ola, müxtəlif psixoloji məqamlarla üzləşə bilər. Bəlkə insan problemlidir, problemlərini həll edə bilmir. Oturub televizorun qarşısında və bu vaxt ekranda hansısa insanın problemdən xilas yolu kimi intihar etməsi göstərilir, yaxud qəzetdə, xəbər portalında bu haqda nə isə oxuyur. O insan demək olar ki, avtomatik olaraq həmin hadisəni təkrarlamağa meyl edir. Təcrübə onu göstərir ki, intiharların müəyyən hissəsi onunla bağlıdır. Buna görə də o sayaq məlumatların az ictimailəşdirilməsi məqbul sayılır. Əlbəttə, mən düşünürəm ki, baş verən olaylar ictimaiyyətə çatdırılmalıdır. Ancaq biz onu da düşünməliyik ki, bunun bizə faydası nə olar bilər?


- Dediyiniz kimi, internet əsridir, belə xəbərlər media olsa belə, sosial şəbəkələr vasitəsilə yayılır. Deməli, mətbuatın yazmaması da çıxış yolu deyil...

- Əlbəttə, çıxış yolu deyil. Amma biz elə etməliyik ki, cəmiyyətimiz üçün faydalı olsun.


- İntihar faktorunda əsas səbəblərdən biri kimi sosial problemlər önə çəkilir. İndiyə qədər siz millət vəkili kimi hansısa seçicinizi, yaxud da digər şəxsi intihar fikrindən daşındıra bilmisinizmi? Belə bir halla üzləşmisiniz?

- Mənim jurnalistika sahəsində bəzi dostlarım var, onlar əllərini hər şeydən üzmüş insanlar idi. Uzun söhbətdən sonra onların yenidən jurnalistikaya qayıtmalarına, ayrı-ayrı qəzetlərdə köşə yazıları yazmalarına, yenidən yaradıcılıqdan ləzzət almalarına nail olmuşuq. Belə hallar əlbəttə ki, olub.


R.Arifoğlu:

- Əflatun bəy, tənqidə münasibətiniz necədir? Siz özünüz tənqidə dözümlüsünüzmü?


E.Paşasoy:

- Bir ara sizin Türkiyədəki mülklərinizdən yazmışdılar...


- (Gülür). Maraqlı nüanslardır. Mən obyektivliyin tərəfdarıyam. Hər insanın daxilində obyektivlik var, obyektivliyi görür. Əgər doğrudan da tənqid obyektiv olursa, qəbul olunandır. Bəziləri isə... Məsələn, mənim olmayan mülklərimlə bağlı yazmışdılar ki, Bodrumda Əflatun Amaşovun 2 milyonluq mülkü var. Rauf bəy o zaman zarafatla dedi ki, iddia olunan həmin ərazidə evlərin qiyməti 40-50 min dollardır. Belə yazılar da müəyyən məqamlardan doğdu. Azərbaycan mediasında bu dəqiqə rəngarənglik mövcuddur. Bəzi məqamlarda adam düşünür ki, hər media orqanının arxasında kimlərsə dayanır. «Reket jurnalistikası» deyilən bir «jurnalistika» var. Bu jurnalistika əvvəllər də olub, bu gün də mövcuddur. Yazılı mətbuatdan internet jurnalistikaya transfer edib. Əlbəttə, bunlara qarşı mübarizə aparmaq lazımdır.


R.Arifoğlu:

- Amma neçə ildir mübarizə aparırsınız, heç bir nəticə yoxdur.

- Olur. Sayları kifayət qədər azalıb. Bunlara qarşı mübarizə yalnız Mətbuat Şurasının işi deyil. Bizim reketçiliyə qarşı mübarizə komissiyası var. Artıq biz qərara gəlmişik ki, həmin komissiyanın üzvlərinin sayını artıraq və bu komissiyaya hüquq-mühafizə orqanlarının nümayəndələrini də dəvət edək. Məsələn, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, hətta Dövlət Təhlükəsizlik Xidmətinin. Növbəti dəfə biz bununla bağlı iclas keçirəcəyik. Reketlik yalnız jurnalistikanın bəlası deyil. Ümumiyyətlə, cəmiyyətdə olan problemlərdir, bunun qarşı tərəfi, məmur-jurnalist məsələsi var. Məsələn, məmur nəyə görə jurnalistə rüşvət verir? Niyə məmur jurnalistə rüşvət verərkən məsuliyyət daşımır? Biz bunlara aydınlıq gətirməliyik. Eyni zamanda bu sahədə fəaliyyət göstərənləri də özümüzçün müəyyənləşdirməliyik ki, kimlərdir, nəyə görə fəaliyyət göstərirlər, nəyə görə bunlar bu qədər aktivdirlər? Mətbuat Şurası bu məsələlərlə məşğul olduğundan arada görünür ki, kimlərinsə «quyruğunu» möhkəm basanda müqavimətlə rastlaşırıq. Elə mənim guya «mülkümün» olması ilə bağlı məsələ də onların işi idi. Əlbəttə, müəyyən insanların mülkü var, ola da bilər. Əgər insan qazanırsa, təbii ki, həyat tərzi yaxşı olmalıdır. Ancaq bir şey ki, yalan olur, qərəzlilik, əlbəttə, insanı incidir. O ki qaldı tənqidə, mən elə bilirəm ki, tənqidə dözümlü insanam. Ancaq Leonid İliç Brejnevin bir sözü var idi ki, tənqid şokolad deyil ki, hamının xoşuna gəlsin.


- Əflatun bəy, 26 apreldən, 60 yaşı arxada qoyandan sonra həyatınızda bir dəyişiklik olacaqmı?

- Mən elə də ciddi dəyişiklik gözləmirəm. Təbii ki, kifayət qədər gənc olsaydım, nə isə düşünmək olardı. Ancaq mən çox rahat şəkildə aprelin 27-nə keçid edəcəyəm. Yəni adi qaydada qarşılayacağam.


- Yubileylə bağlı dövlət səviyyəsində, ya dostlar, Mətbuat Şurası səviyyəsində bir tədbir-törən olacaqmı?

(Qonağımız sualı konkret cavablandırmaqdan yayınır)

- Mənim özümün gündəlik planlarım var, o planları yerinə yetirəcəyəm...


Rauf bəy söhbəti yekunlaşdırır və yubilyarı bir daha təbrik edir:

- Əflatun bəy, sizə böyük uğurlar, başarılar, uzun, sağlam, bərəkətli həyat arzulayırıq.

- Çox sağ olun.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *