vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
16:05 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 1615 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan indi çətin vəziyyətdədir»

Rus politoloq Lavrov-Məmmədyarov-Nalbandyan görüşünü şərh etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

28 apreldə Moskvada Rusiya, Azərbaycan, Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü gözlənilir. Görüşdə Qarabağ probleminin həlli yolları müzakirə ediləcək.

Avropa.info xəbər verir ki, rusiyalı politoloq Sergey Markov bu görüşün yüksək vacibliyini qeyd edib.

«Bu çox vacib görüşdür, belə ki, Ermənistanda parlament seçkilərindən sonra mürəkkəbləşən siyasi dövrdən sonra ilk danışıqlardır».

Markov deyir ki, həmin dövrdə danışıqlar prosesinin tərəflərindən heç birinin rəsmi Yerevana qarşı tələbləri yox idi, belə ki, hamı bilirdi ki, Sarkisyan daxili problemləri həll etməlidir. Lakin həmin mürəkkəb dövr yekunlaşdı və indi heç kəs gözləmək fikrində deyil və işin mahiyyəti üzrə danışıq aparılmasını tələb edirlər.

«Qarşıdakı görüş Yerevanın Rusiya tərəfindən hazırlanmış Kazan formulu əsasında kompromisə hazır olub-olmamasını qəti şəkildə müəyyən edəcək, ya da Ermənistan danışıqlar prosesini dayandıracaq. Bu isə yeni hərbi münaqişənin partlayışına gətirib çıxara bilər. Biz hamımız başa düşürük ki, əgər rəsmi Bakı sülh danışıqlarının perspektivini görməsə, başqa yollara, qeyri-danışıq variantlarına əl atacaq. Bu üzdən növbəti görüş çox vacibdir».

Ermənistan hökumətinin və ölkə mətbuatının Edvard Nalbandyanın Moskvaya səfəri haqda rəsmi məlumat yaymaması birmənalı qarşılanmayıb. Markov bunu belə şərh edib:

«Ermənistanın susqunluğu Moskva və Bakının Kazan formulu əsasında kompromisə və danışıqların vacibliyinə hazır olması ilə bağlıdır. Əlbəttə Moskva və Bakının mövqeləri arasında fərq var, ancaq ümumi anlayış budur ki, ciddi irəliləyişlə bağlı konstruktiv danışıqlar aparılmalıdır.

İrəvanda isə bu barədə tam müəyyənlik yoxdur, məsafə saxlayırlar. Ermənistan indi çətin vəziyyətdədir. Bəziləri Kazan formulunun vacibliyi ilə razılaşırlar, digərləri qətiyyətlə qarşı çıxır və danışıqların pozulmasını istəyir. Məhz Yerevandakı bu daxili qarmaqarışıqlıq belə qeyri-müəyyənlik yaradır».