vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
17:32 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 3053 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərnişin daşıyan sərxoş

Sumqayıta gedən mikroavtobusun sürücüsü saxlanıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «İki bakal pivə ilə nə olur?»

Sürücü məsuliyyətsizliyinin gətirdiyi bəlalardan kifayət qədər söz açmışıq. Ancaq görünən odur ki, nəticə çıxarmayanlar, başqasının həyatını heçə sayanlar hələ də var.

Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları belə sürücülərdən birini saxlayıblar. Onun sərxoş vəziyyətdə mikroavtobus idarə etdiyi məlum olub.

Bakı – Sumqayıt marşrutu ilə hərəkət edən mikroavtobus Dövlət Yol polisi əməkdaşları tərəfindən sürət həddini aşdığına görə saxlanılıb. Məlum olub ki, içərisində 11 sərnişin olan avtobusun sürücüsü 41 yaşlı Rövşən Əliyev spirtli içki qəbul edib.

Sürücü Rövşən Əliyev iki şüşə pivə qəbul etdiyini etiraf etsə də, sərxoş olmadığını idda edib. Sürücü bildirib ki, cəmi 2 bakal pivə içib.

Sərxoş vəziyyətdə sərnişin daşıma ilə məşğul olan sürücüyə qarşı qanunun tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Xatırladaq ki, mart ayında eyni marşrutla hərəkət edən «Ford» tranzit markalı avtobus sürücüsünün sürət həddini aşması və ötmə əməliyyatını düzgün həyata keçirməməsi nəticəsində 6 nəfər dünyasını dəyişib. (ARB)