vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:56 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 1464 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsrail Dəməşqi bombaladı

«Hizbullah»ın nəzarətində olan İranın silah anbarı məhv edilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 27-si sübh saatlarında İsrailin hərbi təyyarələri İranın Dəməşqdəki silah-sursat anbarını bombalayıb. Bu barədə «Reuters» agentliyi məlumat yayıb.

«Əl-Cəzirə» telekanalı isə regiondakı mənbələrinə istinadən bildirib ki, İranın Suriyadakı silah anbarı 5 dəfə İsrail qırıcıları tərəfindən bombalanıb. Məlumatda qeyd edilir ki, Dəməşqin 25 kilometrliyində və Livan «Hizbullah»ının nəzarətində saxlanılan anbarda İran silahları tamamilə məhv edilib.

İsrail ordusunun radiosu bu ölkənin təhlükəsizlik nazirinə istinadən İranın silah-sursat anbarına hava hücumlarının həyata keçirildiyi barədə yayılan xəbəri təsdiqləyib. Hava hücumunda İran və Livan «Hizbulla»ı qüvvələrinin mümkün itkiləri haqda hər hansı bir məlumat yayılmayıb.

İran rəsmiləri isə bu ölkənin Suriyadakı silah-sursat anbarına edilən hava hücumları barədə susur. «Reuters»in bildirdiyinə görə, bu silahlar İranın sərnişin və hərbi təyyarələri vasitəsilə Suriyaya daşınaraq Livan «Hizbullah»ının bu ölkədəki qüvvələrinin ixtiyarına verilmişdi.