vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
DİGƏR NÖVLƏR  
20:56 | 12 may 2017 | Cümə Məqaləyə 1846 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Açılış mərasimi başlamaq üzrə

«Bu, çox maraqlı və məzmunlu şoudur»

MÖVZU İLƏ ƏLAQƏLİ

IV İslam Həmrəyliyi Oyunları rəsmi şəkildə Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimi ilə başlamaq üzrədir.

Mərasimlər üzrə Direktor və İcraçı Prodüser Katerin Uqvu eyni vəzifəni I Avropa Oyunlarında yerinə yetirib və təkid edir ki, builki proqram çox fərqli və maraqlı olacaq. «Biz həqiqətən çox çalışırıq ki, açılış mərasimi maraqlı və fərqli olsun», deyə o, öz çıxışında qeyd edib.

«Biz I Avropa Oyunlarında Qərbə, İslam Oyunlarında isə Şərqə istiqamətlənmişik» Uqvu və İncəsənət üzrə Direktor M. Vrayt son 18 ay ərzində açılış mərasiminə hazırlaşır. İki saatlıq Açılış Mərasiminin təşkilinə ən azı 5000 insan cəlb olunub və bunların 2200-ü yerli könüllülərdir». Bu, çox maraqlı və məzmunlu şoudur» deyə Uqvu vəd verib.

Uqvu bu cür tədbirlərin təşkili sahəsində 20 ildən artıq təcrübəyə malikdir.

O, 2012-ci ildə Londonda keçirilən Olimpiadada, Kanadada, Hindistanda, Orta Şərqdə və Avropa çalışıb və Azərbaycan yeganə yerdir ki, onu ikinci dəfə geri qayıtmağa sövq edib.

«Azərbaycan yeganə ölkədir ki, onlar mənə geri qayıtmağı xahiş etdikdə dərhal hə dedim» deyə o, öz çıxışında qeyd edib və Vrayt razılaşır ki, Bakı ona ikinci ev kimidir.

Bakının əhalisi çox meharibandır «Cümə günü başlayacaq Açılış Mərasimi buna görə də «Azərbaycan və İslam mədəniyyətinin nümayişi olacaq» deyə Uqvu öz çıxışında vurğulayıb.

IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın yüksək səviyyəli idmanlara necə ev sahibliyi etdiyini nümayiş etdirəcək.