vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:00 | 15 may 2017 | Bazar ertəsi Məqaləyə 2506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Rusiya ÜAK-ı ləğv etdi

Azərbaycana xain zərbə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Rusiya Federasiyası Ali Məhkəməsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses davam etdirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.

ÜAK-ın prezidenti Fazil Qurbanov APA-ya açıqlamasında qərarı ədalətsiz adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Ədliyyə Nazirliyindən bir müddət əvvəl APA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyi «İctimai təşkilatlar haqqında» qanunu əsas götürərək ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Təşkilat pozuntuları aradan qaldırmadığına görə, Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.