Vaxt.Az

«Sabah xiyabanın adını dəyişdirsələr, ...»


 

Urmiyanın millət vəkili Şura Seçkiləri ilə bağlı xəbərdarlıq edib

«Sabah xiyabanın adını dəyişdirsələr, ...» Urmiyada PKK və Pejak terror qruplaşmalarının siyasi uzantısının Şura Seçkiləri və ardınca Bələdiyyə başqanının seçilməsi uğrunda apardıqları çirkin fəaliyyət yerli əhalini narahat edir.

Bu barədə Urmiyanın millət vəkili Ruhulla Həzrətpur da öz narahatlığını dilə gətirib.

O namizədlərinin birinin seçki qərargahında çıxış edərkən Urmiyə Şura Seçkiləri ilə bağlı ciddi xəbərdarlıq edərək əhalini bu məsələdə həssas olmağa çağırıb. «Biz hamımız bu məsələnin əhəmiyyətini dərk edib şəhərimizin taleyini özgələrə tapşırmamalıyıq. Sabah bir xiyabanın adını dəyişdirsələr, onun günahkarı biz olacağıq», - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın əzəli torpaqları olan Qərbi Azərbaycan Vilayəti kürd terror qruplaşmaları tərəfindən Şərqi Kürdistan adlandırılır, onlar İran rejiminin yardımı ilə bölgəni kürdləşdirməyə çalışır. Qruplaşmalar Qərbi Azərbaycanı kürdləşdirmək üçün terror aktları törətməkdən belə çəkinmirlər. Onlar seçkilərdə öz namizədlərini qalib etdirmək və dövlətin rəsmi orqanlarına daxil olmaqla kürdləşdirmə prosesini daha da sürətləndirib Qərbi Azərbaycan Vilayətini ələ keçirmək istəyirlər.

 





19.05.2017    çap et  çap et