Vaxt.Az

Belindəki çantada narkotik daşıyan göyərçin


 

Gömrük işçiləri quşu tutmazdan əvvəl onu güdüblər

Belindəki çantada narkotik daşıyan göyərçin Küveytdə gömrük işçiləri göyərçinin belinə bağlanan xırda çantanın içindən narkotik həblər aşkar ediblər, yerli əl-Ray qəzeti bildirir.

Quşun İraqla sərhəd yaxınlığında yerləşən Abdali şəhərinin gömrük binasının yanında tutulduğu deyilir.

Əl-Ray jurnalisti həblərin şənliklərdə qanunsuz istifadə edilən ketamin dərmanının bir növü olduğunu deyib.

Abdullah Fahmi BBC-ə deyib ki, narkotiklərin ötürülməsində göyərçinlərdən istifadə edildiyi əvvəl də məlum idi.

Lakin bu narkotiki daşıyarkən tutulan ilk quşdur.

Bu göyərçinlərin narkotik daşınması üşün istifadə edilməsnin ilk nümünəsi deyil.

2015-ci ildə Kosta-Rikadakı həbsxana işçisi çantasında kokain və marixuana daşıyan göyərçini tutub.

2011-ci ildə isə Kolumbiya polisi narkotik yükün ağır olduğu üçün həbsxana divarı üzərindən uça bilməyən daha bir göyərçini tutublar.

 





26.05.2017    çap et  çap et