Vaxt.Az

Əfsanə vəfat etdi


 

Zbiqnev Bjezinski 89 yaşında dünyasını dəyişdi

Əfsanə vəfat etdi Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Zbiqnev Bjezinski 89 yaşında vəfat edib.

Tanınmış politoloqun vəfatı varədə onun qızı Mika Bjezinskaya öz Instagram səhifəsində yazıb.

«New York Times» nəşrinin məlumatına görə, Bjezinski mayın 26-da Virciniya xəstəxanalarından birində vəfat edib.

Zbiqnev Bjezinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Son illər ABŞ  Strateji və Beynəlxalq araşdırmalar Mərkəzinin (CSIS —Centre of Strategic and International Studies) müşaviri, idarə heyətinin üzvü və məşvərət Şurasının həmsədri olub.

 





27.05.2017    çap et  çap et