Vaxt.Az

Məşhur akademikin nəvəsinə yuksək vəzifə verildi


 

Yusuf Məmmədəliyev Birinci vitse-prezidentin köməkçisi təyin edildi

Məşhur akademikin nəvəsinə yuksək vəzifə verildi Azərbaycan Prezidentinin fərmanına əsasən, Prezident Administrasiyasının idman və gənclər siyasəti şöbəsinin müdiri Yusuf Məmmədəliyev Azərbaycan Birinci vitse-prezidentinin köməkçisi təyin edilib.

Yusif Məmmədəliyev uzun müddət Heydər Əliyev Fondunun əməkdaşı olub.

Qeyd edək ki, Yusuf Məmmədəliyev Azərbaycanın dünya səviyyəli məşhur akademiki mərhum Yusif Məmmədəliyevin nəvəsidir.

Xatırladaq ki, görkəmli kimyaçı alim, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyev  1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasına rəhbərlik edib.

 





01.06.2017    çap et  çap et