Vaxt.Az

UEFA qərarlarında dəyişiklik


 

ÇL və AL üçün yeniliklər

UEFA qərarlarında dəyişiklik UEFA Çempionlar Liqasında (ÇL) 2018/19 mövsümü üçün bəzi dəyişikliklər edəcək. Qitənin ali futbol qurumunun xüsusilə oyunların saatlarındakı dəyişikliyi diqqət çəkib.

Belə ki, yeni mövsümdən etibarən ÇL-də eyni gündə baş tutacaq oyunların ikisi Bakı vaxtı ilə saat 21:00-da, qalanları isə 23:00-da başlayacaq.

Bundan əlavə Avropa Liqası (AL) çempionu üçün də qaydalar dəyişdirilib. Hazırda aktiv olan sistemə görə, Avroliqanın qalibi növbəti mövsüm ÇL-yə pley-off mərhələsindən başlayırdısa, bundan sonra birbaşa qrup mərhələsində yer alacaq.

 





02.06.2017    çap et  çap et