Vaxt.Az

«Qarabağ» «rütbə» aldı


 

Klubun loqosunda dəyişiklik olacaq

«Qarabağ» «rütbə» aldı «Qarabağ» loqosunda dəyişikliklər edəcək.

Virtualaz.org klubun saytına istinadən bildirir ki, Ağdam təmsilçisi bununla bağlı artıq Azərbaycan Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinə müraciət ünvanlayıb. Qurumdan cavab gəldikdən sonra komandanın loqosu yenilənəcək.

Digər dəyişiklik isə «FK Qarabagh» ifadəsinin «Qarabağ FK» ilə əvəzlənməsidir.

Qeyd edək ki, bir çox dünya və Avropa klublarında adətən 5 çempionluq bir ulduzla qeyd olunur. «Qarabağ» bu təcrübədən yararlanaraq loqosunun üzərinə 1 ulduz əlavə etmək niyyətindədir.

 





12.06.2017    çap et  çap et