Sanksiya tətbiq olunan qurumlar arasında Putinin sevimlisi olan «Noçnıye volki» bayker klubu, «Vaqner» özəl hərbi şirkəti də var. Rusiyadan Donbasa və Suriyaya döyüşməyə gedən peşəkar hərbçilər məhz «Vaqner» şirkəti tərəfindən cəlb olunur və göndərilir. Bundan başqa, Putinə yaxın tanınmış iş adamı, adı sanksiya siyahısında olan Yevgeni Priqojinə məxsus «Concord-catering», «Concord Management and Consulting» şirkətlərinə, bundan başqa, «Çernomortransneft», «Qiprotruboprovod» şirkətlərinə, indiyədək sanksiyalardan kənarda qalmış bir sıra banklara və silah şirkətlərinə də sanksiya tətbiq olunub.
Fiziki şəxslərin siyahısında Rusiya iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarovun, Rusiya Federasiyasının Krım üzrə yüksək vəzifəli məmurlarının və Donbasdakı separatçıların adları var.
ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, Rusiya Minsk razılaşmalarını yerinə yetirənə və Ukraynanın suverenliyi bərpa olunana qədər sanksiyalar yumşaldılmayacaq.