«Tərəfimizdən Qəzzanı idarə edən və orada baş verənlərə görə cavabdeh olan HƏMAS terror təşkilatına hücum olub», - deyə məlumatda bildirilir.
Fələstin mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri HƏMAS-ın Qəzzanın şimal və cənubunda yerləşən iki mövqeyinə endirilib.
Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı.