Vaxt.Az

NATO-dan Ukraynaya kiberdəstək


 

«Hücumlar hibrid savaşın tərkib hissəsidir»

NATO-dan Ukraynaya kiberdəstək «NATO iyunun 27-də baş vermiş kiberhücumun təhqiqatını aparmaqda Ukraynaya kömək edir». Lent.az bildirir ki, bunu Ukraynada səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq Kiyevdə keçirdiyi mətbuat konfransında deyib. «Son günlər biz Ukraynaya kibermüdafiə üçün müasir avadanlıqlar verdik və bu günlərdə baş vermiş kiberhücumun yaxşı araşdırılması üçün hökumət qurumlarına yardım edirik», - deyə baş katib söyləyib.

Ukrayna prezidenti Petro Poroşenko isə genişmiqyaslı kiberhücumun Rusiya tərəfindən təşkil olunduğunu bildirib. O qeyd edib ki, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq Ukrayna-NATO əməkdaşlığının əsas istiqamətidir: «Kiberhücumlar hibrid savaşın tərkib hissəsidir. Bizdə sübutlar var ki, son hücumlar Rusiya tərəfindən təşkil olunub. Bizim nazirliklərimiz, Ukrayna Təhlükəsizlik Xidməti həm kiberhücumlardan müdafiə olunmaq, həm də bu hücumları aşkara çıxarmaq və xəbərdarlıq məqsədilə xüsusi avadanlıqlar və təchizat alır».

Xatırladaq ki, iyunun 27-də Ukrayna dövlət qurumları və şirkətləri intensiv kiberhücumlara məruz qalıb. Minlərlə kompüter monitorda özünü «Petya» kimi təqdim edən «Locker 256» virusuna yoluxub.

 





10.07.2017    çap et  çap et