Vaxt.Az

70 faiz ukraynalının Avropaya getməyə pulu yoxdur


 

Vizanın aradan qalxması hələ əsas deyil

70 faiz ukraynalının Avropaya getməyə pulu yoxdur Ukraynalıların 70 faizdən çoxu Avropa İttifaqı ölkələrinə səfər etmək fikrində deyil, çünki bunun üçün lazım olan qədər vəsaitləri yoxdur. Virtualaz.org xəbər verir ki, bu rəqəm Ukraynanın Qorşenin İnstitutunun Fridrix Ebert Fondunun Ukrayna və Belarus təmsilçiliyi ilə birgə keçirdiyi sorğunun nəticəsində məlum olub.

Rəyi soruşulanların 71,6 faizi bildirib ki, 11 iyun tarixində Aİ ölkələrinə səfər etmək üçün viza almaq zərurəti aradan qalxsa da, yaxın 1 il ərzində Avropaya səfər etmək niyyətində deyillər. Başlıca səbəb imkansızlıqdır.

Respondentlərin 57,1 faizi deyib ki, ümumiyyətlə, indiyə qədər xarici ölkələrdə olmayıblar.


***


Ukrayna özündə isə ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək.

Bunu Ukrayna prezidenti Petro Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.

Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır.

P.Poroşenko qeyd edib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.

 





11.07.2017    çap et  çap et