Vaxt.Az

Şiddətli istilər gəlir


 

Əhaliyə xəbərdarlıq edildi

Şiddətli istilər gəlir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib.

Qurumdan VAXT.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 19-dan 23-dək havanın maksimal temperaturunun 34-38, bəzi yerlərdə  40 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 19-dan 23-dək hava şəraitinin isti olacağı gözlənilir.  Havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-nın və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42, dağlıq rayonlarda isə 28-33 dərəcə isti olacaq.

 





18.07.2017    çap et  çap et