Vaxt.Az

Con Makkeyndə beyin xərçəngi tapıldı


 

Vyetnam müharibəsində 5 il yarım əsirlikdə olan senator işgəncələrə məruz qalıbmış

Con Makkeyndə beyin xərçəngi tapıldı Nüfuzlu Respublikaçı Senator və sabiq prezidentliyə namizəd Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub. 80 yaşlı siyasi xadimə qoyulan diaqnoz haqda Mayo Klinikası və Arizonalı Respublikaçının ofisi xəbər yayıb.

«Cümə günü 14 iyulda Senator Con Makkeynin sol gözü üzərindəki nayihədə qan laxtalanmasını çıxarmaq üçün əməliyyat keçirilib», Mayo Klinikasınn bəyanatında deyilir. «Aparılan müayinə müəyyən edib ki, laxtalanma qlioblastoma kimi tanınan əsas beyin xərçəngi ilə əlaqədardır».

Klinika bildirib ki, Senator və onun ailəsi hazırda növbəti müalicə addımlarını nəzərdən keçirir. Müalicə seçimləri sırasında kimyəvi terapiya və radiasiya var.

Makkeynin həkimləri onun əməliyyatdan «yaxşı» çıxdığını və fundamental sağlamlığının əla» olduğunu deyirlər.

Prezident Donald Tramp öz bəyanatında Senator Makkeynə xoş diləklərini çatdırıb.

«Senator Con Makkeyn həmişə döyüşçü olub. Melaniya və mən dualarımızı Senator Makkeynə, Sindiyə (xanımı) və onların bütün ailəsinə çatdırır. Tezliklə sağal».

ABŞ-ın qocaman senatoru Con Makkeyn ələlxüsus xarici və hərbi siyasət sahələrində önəmli rol oynayır.

O, dünya boyu demokratiyanın və insan haqlarının müdafiəsində xüsusi fəallıq göstərib.

Con Makkeyn hazırda Senatda Silahlı Qüvvələr Komitəsinin rəhbəridir.

Vyetnam Müharibəsində hərbi pilot qismində döyüşən Makkeyn 1967-ci ildə əsir düşdükdən sonra ABŞ Silahlı Qüvvələrində yüksək rütbəli general olan atasına iltifat əlaməti olaraq Şimali Vyetnamın erkən azadlığa çıxmaq təklifini rədd etmişdi.

Əsirlikdə qaldığı beş il yarımlıq müddətdə kommunistlərin rüsvayçı təkliflərini qəbul etməkdən imtina edən Makkeyn sistematik işgəncələrə məruz qalmışdı.

 





20.07.2017    çap et  çap et