Konqresin Nümayəndələr Palatasının keçən il ABŞ prezident seçkilərinə müdaxilə ilə bağlı çərşənbə axşamı günü Rusiyaya qarşı sanksiyaları qəbul edib. Habelə Trampın bu cəzanı yüngülləşdirmək səylərinə də nəzarət ediləcək.
Senat artıq qanun layihəsinin öz versiyasını böyük səs çoxluğu ilə qəbul edib. Konqresin hər iki palatasında qanunvericilər Trampın Rusiyaya qarşı sanksiyaların yumşaldılması istiqamətində mümkün səyləri ilə bağlı 30 gün müddətində səsvermə keçirilməsi təklifi ilə çıxış edib.
Bu sanksiyalara keçmiş prezident Barak Obamanın Moskvanın ABŞ seçkilərinə müdaxiləsinə cavab olaraq Rusiyanın ABŞ-dakı iki əmlakını bağlaması da daxildir.