«Təsdiq edirəm ki, sifarişlər var, lakin onlar barədə danışmaq hələlik tezdir», - «Ordu-2017» beynəlxalq forumunun yekunlarına həsr edilmiş mətbuat konfransında o deyib.
Şuqayev vurğulayıb ki, «İskəndər» operativ-taktiki kompleksi yüksək dəqiqliyə malik silahların ən yaxşı nümunələrindəndir.
«Təbii ki, onun Rusiya Silahlı Qüvvələrinin əlində olması bizi dost hesab etməyənləri sayıq olmağa məcbur edir. Bu ondan xəbər verir ki, bizim ciddi silahımız var və şübhəsiz ki, o xarici tərəfdaşlarımızın diqqətini cəlb edir. Bizdə həqiqətən də müəyyən qədər sifariş var və bunlar öyrənilir», - o təsdiqləyib.
Şuqayev bildirib ki, Rusiyanın «müəyyən filtr»i mövcuddur və bu onun beynəlxalq öhdəlikləri ilə bağlıdır. Həmin səbəbdən xarici ölkələrə silah, o cümlədən «İskəndər»lərin satışında çox seçkin sifarişlər təmin edilir.
Qeyd edək ki, Stokholm Sülh Problemlərinin Tədqiqi İnstitutunun məlumatına əsasən, Azərbaycan Rusiyadan silah idxal edən əsas ölkələrdən biridir. 2016-cı ilin sentyabr ayında İrəvanda keçirilmiş paradda Ermənistan Rusiyadan təchiz edilmiş «İskəndər» kompleksinə məxsus maşınları nümayiş etdirib. Beləliklə, istisna edilmir ki, yaxın zamanlarda Rusiya «İskəndər»ləri Azərbaycana da satmağa başlayacaq.