Əl-Allak Rusiya, İraq, Suriya və İranın formalaşdırdığı antiterror koordinasiya mərkəzinə rəhbərlik edir. O bildirib ki, cihadçılar ərazilərə nəzarət etmək imkanlarını itiriblər və şəhərlərdə, səhralıq rayonlarda “yatmış” yuvalara “stavka” edirlər.
“Bizim kəşfiyyat məlumatları və həbs edilən İŞİD iderlərinin ifadələri göstərir ki, qruplaşmanın üzvləri arasında ciddi ixtilaflar var, onlar bizim qüvvələrimizin keçirdiyi preventiv əməliyyatlar nəticəsində ciddi itkilər verirlər”, - kəşfiyyat rəisi bildirib.
Generalın sözlərinə görə, İŞİD özəkləri öz fəaliyyətlərini bərpa edə bilməzlər, çünki təhlükəsizlik qüvvələrinin əməliyyatları nəticəsində çoxlu itkilər verərək demoralizə olublar.
Xatırladaq ki, bu yaxınlarda İŞİD lideri əl-Bağdadi 5 illik fasilədən sonra ilk dəfə üzə çıxıb və videorolik yayıb.