Vaxt.Az

“Sən kimsən?”


 

İnsanlıq, vəzifədə olmaqla, “Lexus” sürməklə olmur...

“Sən kimsən?” Bədbin qonşularımızın bütün dünyada ağlaşma qaldırdıqları gündə pravoslav aləmi müqəddəs Pasxanı qeyd edirdi. Şeyxülislam patriarxı təbrik edib, iftar süfrələrində yeməklərin yanında kuliç qoyulub, xristian qonşumuz isə bayram yeməyinə aş bişirib.

Bakının əhalisi hər zaman müxtəlifdir, cürbəcürdür, fərqli idi. Bakıda həmişə qarşılıqlı hörmət və maraq hökm sürürdü. Milliyətindən asılı olmayacaq bütün bakılı uşaqlar Novruzda paxlavanı, Pasxada kuliçi, Pesaxda matsa yeyirdi. Düşünürəm ki, Azərbaycanın bəzi başqa şəhərlərdə də bənzər mənzərə ilə rastlaşmaq olardı.

Və bunun səbəbini də SSRİ-dəki “xalqlar dostluğu” şüarına bağlamaq səhvdir. Çünki belə hal ondan əvvəl də yaşanırdı, indi də davam edir, sovetlərin digər yerlərində isə eyni mənzərə yoxdur. Sadəcə bu torpaq, bərəkəti, mülayimliyi, ürəyiaçıqlığı, qayğıkeşliyi və qonaqpərvərliyi ilə çoxlarını cəlb edib, qəbul edib, onlara Vətən olub.

Bunu dərk edib qoruyanlara bundan sadəcə udub, anlamayıb qiymət verməyənlərsə, məhrum qalır. Dil, din, mədəniyyət, adət-ənənə fərqli ola bilər. İnsanlıq eynidir. İnsanlarda ən çox buna dəyər vermək lazımdır.

P.S.: İnsanlıq, vəzifədə olmaqla, “Lexus” sürməklə olmur. “Sən kimsən?” sualını başqasına verənin, mənim gözümdə bir insan qədər zərrə kimi hörməti yoxdur.

 





26.04.2022    çap et  çap et