Vaxt.Az

Le Pen qəyyumluğa götürüldü


 

Fransa ifrat sağçı partiyanın liderliyi atadan qızına ötürülüb

Le Pen qəyyumluğa götürüldü Fransada ifrat sağçı ekstremist Jan-Mari Le Pen qəyyumluğa götürülüb. Fransada keçmiş ifrat sağçı Milli Cəbhə partiyasının qurucu lideri 95 yaşlı Jan-Mari Le Penin 2024-cü ilin fevralından himayə altında olduğu açıqlanıb. Fransa mətbuatında çıxan xəbərlərə görə, Le Pen səhhətinin pisləşməsi ilə əlaqədar ailəsinin tələbi ilə məhkəmə tərəfindən qəyyumluğa verilib.

Sözügedən qərarın 2024-cü ilin fevralında verildiyi və Jan-Mari Le Penin hüquqi işlərini onun qızları ifrat sağçı Milli Birlik Partiyasının 2027-ci il prezident seçkisində namizədi olacağını açıqlayan Marin Le Pen,  Mari-Karolin və Yann Le Pen tərəfindən idarə olunacağı qeyd edilib.

1972-ci ildə Jan-Mari Le Pen tərəfindən qurulan Milli Cəbhə 1983-cü ildə yerli seçkilərdə ilk güclü debütü edib. 1984-cü il Avropa Parlamenti seçkilərində səslərin 10 faizini qazanaraq yüksəlişini davam etdirən ifrat sağçı partiya, 1986-cı il seçkilərində Milli Məclisdə 35 mandat qazanaraq güclənməyə davam edib. 2002-ci il prezident seçkilərinin ikinci turunda Jak Şiraka məğlub olan Le Pen 2011-ci ildə partiyasının rəhbərliyini qızı Marin Le Penə təhvil verib.

Anketlərə görə, 2018-ci ildə Milli Birlik adını alan ifrat sağçı partiyanın iyun ayında keçiriləcək Avropa Parlamenti seçkilərində təxminən yüzdə 30 səslə Fransada birinci yeri tutacağı gözlənilir.

 





03.04.2024    çap et  çap et