Vaxt.Az

Millət vəkili xalq artistinə baş çəkəcək...


 

...Gümrahlaşandan sonra

Millət vəkili xalq artistinə baş çəkəcək... Millət vəkili Aydın Mirzəzadə xalq artisti, mahir kaman ustası Habil Əliyevə baş çəkəcək. O, bu barədə facebook səhifəsində yazıb:


«Bu gün yenə sevimli sənətkarımız Habil müəllim Əliyevin ailəsinə zəng etdim. Həyat yoldaşı ilə danışdım. Vəziyyətinin dünəndən bir qədər düzəldiyini, səhhətində müəyyən müsbət düzəliş olduğunu dedilər.

Söz verdim ki, Habil müəllim bir qədər gümrahlaşandan sonra onların evinə əhvalını yoxlamağa gedəcəyəm.

Mədəniyyətimizin zənginləşməyində böyük rol oynamış Habil müəllim Əliyev xalqımızın fəxri, hər bir kəsin böyük hörmət bəslədiyi bir insandır.

Allah ona şəfa versin».

 





09.06.2014    çap et  çap et