Vaxt.Az

Təcili yoxlayın!


 

«iPhone» istifadəçilərinin nəzərinə ...

Təcili yoxlayın! «Apple» şirkəti bəzi «iPhone» modellərində USB adaptorların təcili dəyişdirilməsini tələb edir. Həmin modellərin qızan adaptorları təhlükəsizlik üçün təhdiddir.


Həmin adaptor 2009-cu ildən 2012-ci ilə qədər satılmış  «iPhone 3GS», «iPhone 4» və «iPhone 4s» smartfonlarının komplektində olub.

Defektli adaptoru yoxlamaq üçün arxa tərəfinə baxmaq lazımdır. Əgər «CE» hərfləri rənglənibsə və model nömrəsi A1300-dürsə, deməli, həmin adaptor defektlidir və yenilənmiş A1400 modeli ilə dəyişdirilməlidir.

Şirkətin məlumatına görə, yeni versiya ilə dəyişdirilmə pulsuz olacaq. Bundan başqa, adaptorun dəyişdirilməsi zamanı «iPhone»-un seriya nömrəsi yoxlanılacaq.


 





18.06.2014    çap et  çap et