Vaxt.Az

5 ayın qaz qazancı


 

Yanvar-may aylarında Azərbaycan mavi yanacağı neçədən ixrac edib?

5 ayın qaz qazancı Dövlət Gömrük Komitəsinin verdiyi məlumata əsasən, Azərbaycan 2014-cü ilin yanvar-mayında 3 milyard 688 milyon 525.4 milyon kub metr qaz ixrac edib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 28.4 faiz çoxdur.


Bununla belə hesabat dövründə Azərbaycan qazının bəyan edilmiş ixrac həcmi 87 milyon 95.08 milyon kub metr qaz və ya dəyər ilə ifadə edildikdə 189 milyon 330 min 811 dollar təşkil edib.

Bu məlumatlara əsaslanaraq demək olar ki, yanvar-mayda Azərbaycan 1000 kub metr qazı orta hesabla 174.16 dollardan ixrac edib.

Qeyd edək ki, bəyan edilmiş Azərbaycan qazına «Şahdəniz» yatağından tədarük edilmiş mavi yanacaq aid deyil.

 





18.06.2014    çap et  çap et