Vaxt.Az

Daha bir universitet Birinci xanımı təltif etdi


 

Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru seçildi

Daha bir universitet Birinci xanımı təltif etdi Türkiyənin Kayseri bölgəsində yerləşən Ərciyəz Universitetinin Senatı Azərbaycanın birinci xanımı Mehriban Əliyevan universitetin fəxri doktoru seçib.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, senatın qərarında fəxri doktor adının xanım Mehriban Əliyevaya «insanlıq naminə gördüyü xeyirxah işlər, xüsusən də dostluq və qardaşlıq, milətlərin qarşılıqlı anlaşma içərisində yaşaması, Türkiyə və Azərbaycanın maddi və mənəvi mədəniyyətinin ortaq dəyərlərinin yaşadılması və yeni nəsillərə çatdırılması» yönündə göstərdiyi fəaliyyətlərə görə verildiyi qeyd olunub.

Universitetdən yayılan açıqlamada deyilir ki, M.Əliyeva universitetdə yeni tədris ilinin açılışına qatılacaq, fəxri doktor cübbəsi geyinib fəxri doktor diplomunu alacaq.

Ərciyəz Universitetinin rektoru professor Fahreddin Keleştemur bildirib ki, qəbul edilən qərar və rəsmi dəvət artıq M.Əliyevaya göndərilib.

«Sayın Mehriban Arif qızı Əliyeva Azərbaycaın hörmətli birinci xanım əfəndisidir, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan parlamentinin dəyərli millət vəkilidir» - deyə rektorun yazdığı dəvət məktubunda bildirilir.

 





02.08.2014    çap et  çap et