Vaxt.Az

«Allah şahiddir ki, ...»


 

Həkimlərdən Alim Qasımova qadağa

«Allah şahiddir ki, ...» «Səs tellərimdə ciddi problem yaranıb. Həkimlər danışmağa belə icazə vermirlər». Bu sözləri xalq artisti Alim Qasımov musavat.com-a açıqlmasında bildirib.

Qeyd edək ki, görkəmli xanəndə bir müddət öncə də belə bir problemlə üzləşmişdi.

O, mətbuata açıqlamasında bildirmişdi ki, yaranan problemə görə hətta sənətindən uzaqlaşıb: «Etiraf edim ki, qızımın sayəsində sənətə qayıtdım. Fərqanə olmasaydı, sənətə qayıtmayacaqdım. Həmişə özümü qızıma borclu bilirəm. Allah şahiddir ki, bu sözlərim həqiqətdir».

 





30.11.2014    çap et  çap et