Vaxt.Az

Obamadan ironik atmaca


 

«Putin bu oyunu udana oxşamır»

Obamadan ironik atmaca CNN televiziyasına müsahibə verən ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putin haqda ironiya ilə danışıb.

«3-4 ay qabaq Putin haqda deyirdilər ki, o, böyük qrossmeysterdir, Obamanı, Qərbi şahmatdakı kimi udur və s. Ancaq indi Putinin başçılığı altında milli valyuta dağılır, Rusiyada maliyyə böhranıdır və ölkədə nəhəng iqtisadi geriləmə var. Putin bu oyunda məni və ya ABŞ-ı udan adama heç oxşamır» - deyə Obama bildirib.

B.Obama bunu bu gün - dekabrın 21-də CNN televiziyasında Kendi Krouilinin proqramının qonağı olarkən deyib.

 





22.12.2014    çap et  çap et