Vaxt.Az

«Coca-Cola»dan Yeni il «hədiyyə»si


 

Şirkətdə ixtisar gözlənilir

«Coca-Cola»dan Yeni il «hədiyyə»si ABŞ-ın «Coca-Cola» şirkəti son 15 il ərzində ən böyük işçi ixtisarına hazırlaşır.

«Trend»in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, şirkət yaxın həftə ərzində dünya üzrə 1000-2000 əməkdaşını işdən çıxartmağı planlaşdırır. İxtisarlar şirkətin daha çox Atalanta, Corciyadakı müəssisələrini əhatə edəcək.

2013-cü ilin sonuna olan məlumata görə, «Coca Cola»da işləyənlərin ümumi sayı 130,6 min nəfər təşkil edib.

Şirkət əməkdaşlarını işdən çıxarmaqla 3 milyard dollar qənaət etmək niyyətindədir.

 





24.12.2014    çap et  çap et