Vaxt.Az

«Ümid Allahadır»


 

Habil Əliyevin həyat yoldaşı: «Gözünü açıb balalarını görür və tanıyır»

«Ümid Allahadır» Xalq artisti, tanınmış kamança ifaçısı Habil Əliyevin səhhəti ağır olaraq qalır. Həkimlərin fasiləsiz nəzarət altında saxladığını deyən sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva. «Nə deyə bilərik? Habil müəllimin vəziyyəti ağırdır. Ümid Allahadır. Gözünü açıb balalarını görür və tanıyır. Həkimlər 24 saat başının üstündədir, əllərindən gələni edirlər».

Bunu  hazırda reanimasiya şərtləri altında evində müalicə olunan xalq artisti Habil Əliyevin həyat yoldaşı bildirib.

Kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva təəssüflənərək sənətkarın vəziyyətinin ağır olduğunu qeyd edib.

Habil Əliyev ürək və tənəffüs çatışmazlığından əziyyət çəkir və hazırda sistem vasitəsilə qidalanır. 

 





02.09.2015    çap et  çap et