Vaxt.Az

Səid Mətinpur azadlıqda


 

Güneyli fəalın həbs müddətinin bitməsinə bir ildən az vaxt qalmşdı

Səid Mətinpur azadlıqda 8 il müddətinə azadlıqdan məhrum edilmiş güneyli fəal Səid Mətinpurun İran vaxtı ilə gecə saat 10-00 radələrində saxlandığı Evin həbsxanasında azadlığa buraxıldığı bildirilir. Mətinpurun yaxınlarından biri Amerikanın Səsinə bildirib ki, o, təxminən 30 dəqiqə əvvəl Tehrandakı Evin həbsxanasını tərk edərək yaşadığı Zəncan şəhərinə yola düşüb. Səid Mətinpurun özü ilə telefonda danışan yaxını onun azadlığa çıxdığını təsdiq edib. Ancaq hələlik rəsmilər güneyli fəalın sərbəst buraxılması barədə heç bir məlumat vermir.

Səid Mətinpur 2007-ci ilin iyununda İranda azərbaycanlıların milli hüquqları ilə bağlı Türkiyədə keçirilən bir seminara qatıldığı üçün tutulmuş və güneyli fəalın əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirli bilinərək 2008-ci il iyunun 10-da Tehran İnqilab Məhkəməsi qərarı ilə 8 il azadlıqdan məhrum edilmişdi.

O, 7 ildən artıq Tehranda yerləşən Evin həbsxanasında saxlanılırdı. Bu həbsxana İranın ən ağır şəraitli məhbəsi hesab olunur. Beynəlxalq insan haqları təşkilatları isə Səid Mətinpuru vicdan məhbusu elan edərək, molla rejimini dəfələrlə güneyli fəalı sərbəst buraxmağa çağırmışdı.

 





02.09.2015    çap et  çap et