Vaxt.Az

«Duz-çörək Həsən»in taktikası


 

Səfir Elin Süleymanov Vaşinqtonun Bakıya qarşı soyuqluğunu «ac başda ağıl olmaz» kimi qiymətləndirib «nahar diplomatiyası»nı davam etdirir

«Duz-çörək Həsən»in taktikası Bu gün ABŞ dövlət katibinin müşaviri Tom Şannon Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanovla işgüzar naharda görüşəcək.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Dövlət Departamentinin rəsmi saytı bildirir. İşgüzar nahar Vaşinqton vaxtı ilə 12:30-da başlayacaq. Müzakirə olunacaq məsələlər barədə məlumat yoxdur.

Lakin maraqlı detal budur ki, bu, Tom Şannonun Elin Süleymanovla son bir ayda ikinci belə görüşüdür. Azərbaycan səfiri cəmi üç həftə əvvəl-avqustun 11-də Tom Şannonla işgüzar naharda görüşüb.

Həmin məlumatı da Dövlət Departamentinin rəsmi saytı yayıb. Bu, Vaşinqtonla Bakı arasında diplomatik təmasların bir qədər intensivləşdiyi vaxtda baş verir.

Tərəflər arasında soyuq münasibətlər qalsa da hər iki tərəfdən münasibətləri yenidən əvvəlki məcraya qaytarmaq səyləri də müşahidə edilir.

 





03.09.2015    çap et  çap et