Vaxt.Az

AŞ PA-dakı yanlışın səbəbi bilindi


 

Səməd Seyidov nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırıldı

AŞ PA-dakı yanlışın səbəbi bilindi Diplomatik mənbələrdən haqqın.az saytına bildirildiyinə görə, Səməd Seyidov AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Məlum olub ki, Robert Uolterin «Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində gərginliyin artması» məruzəsinin müzakirəsinə cəmi bir həftə qalmış Səməd Seyidov AŞ PA-ya məktub göndərib.

Həmin məktubda Azərbaycan torpaqlarının işğalı faktı qeyd olunmayıb və Ermənistanın hərbi təcavüzünün AŞPA tərəfindən qınanmasına çağırış əksini tapmayıb. Məktubun, demək olar ki, bütün məzmunu AŞ PA-nın sülhməramlı fəaliyyətinə və bu fəaliyyətin regionda gücləndirilməsinin vacibliyinə həsr olunub.

Robert Uolterin məruzəsi üzrə səsvermə zamanı erməni nümayəndə heyəti və lobbisi bu məruzənin əsassız olmasını sübuta yetirmək üçün Səməd Seyidovun məktubundan istifadə ediblər və bu, sənədin qəbul edilməməsinin əsas səbəblərindən biri olub.

Bundan sonra qərara alınıb ki, Səməd Seyidov AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılsın. Onun yerinə isə millət vəkili Vüsal Hüseynov təyin olunub. 35 yaşlı Vüsal Hüseynov Harvard universitetinin məzunudur. Müxtəlif dövrlərdə Prezident Administrasiyasında çalışıb və Korrupsiya ilə mübarizə üzrə komissiyanın katibi olub. 2015-ci ildə Ucar rayonundan millət vəkili seçilib.

 





31.01.2016    çap et  çap et