Vaxt.Az

«Çelsi»nin yeni hədəfi Qrizmann


 

İngilislər fransız hücumçu üçün ispanlara iki dəfə artıq məbləğ ödəməlidir

«Çelsi»nin yeni hədəfi Qrizmann «Çelsi»nin ulduz futbolçusu Eden Hazardın mövsümün sonunda klubdan ayrılması xəbəri rəhbərliyi əməli başlı hərəkətə keçirib. İngilislər belçikalı hücumameyilli yarımmüdafiəçinin yoxluğunu fransız hücumçu Antoino Qrizmanla (Antoine Griezmann) doldurmaq istəyir. Aristokratlar bu keçid üçün «Atletico Madrid»ə 80 milyon Avro ödəməlidir.

Düzdür futbol aləmi Qrizmann səviyyəli futbolçu üçün 80 milyon avronu xeyli yüksək məbləğ hesab edir. Amma UEFA-nın Madrid klubuna qoyduğu qadağanı nəzərə alaraq, ispanların bu transferə yalnız yüksək məbləğ qarşılığında razılaşacağı güman edilir.

Xatirladaq ki, UEFA İspaniyanın «Atletico Madrid» klubuna iki il oyunçu almağı qadağan edib.

 





01.02.2016    çap et  çap et