Vaxt.Az

Ermənistan polisinin xüsusi təyinatlıları Qarabağda


 

BMT nümayəndələrini sakinlərlə görüşməyə qoymadılar

Ermənistan polisinin xüsusi təyinatlıları Qarabağda «Polisə yaxın mənbələrimizdən əldə etdiyimiz məlumata görə, Ermənistanın xüsusi təyinatlı polis dəstəsi Qarabağa ezam olunub».

Virtualaz.org bildirir ki, bunu «Çorrord işxanutyan» qəzeti yazıb.

Bundan başqa, bir çox jurnalistlər də Ermənistanın polis formasını geyinmiş adamların xüsusi müşayiətlə Qarabağ istiqamətinə gedən maşın karvanını müşahidə ediblər.

«DQR» polisi də öz saytında Qarabağda Ermənistan polisinin xüsusi dəstələrinin olduğunu təsdiqləyib.

Virtualaz.org xatırladır ki, bir az əvvəl BMT Dağlıq Qarabağda münaqişənin gərginləşməsi nəticəsində yüzlərlə insanın, əsasən də qadınlar, uşaqlar və qocaların evlərini tərk etmək məcburiyyətində qaldıqları barədə məlumat yayıb.

Məlumatda o da vurğulanırdı ki, «yerli hakimiyyət» BMT təmsilçilərinin əhali ilə təmasa girməsinə ciddi maneçilik törədib.

 





12.04.2016    çap et  çap et