Vaxt.Az

Dünya Çempionatının bir addımlığında


 

Azərbaycan futbolu tarixində bir ilk

Dünya Çempionatının bir addımlığında Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin pley-off matçları keçiriləcək. Komanda.az xəbər verir ki, Azərbaycan millisi öz meydanında Hollandiya ilə qarşılaşacaq. Səfərdə 5:1 hesablıyla qalib gələn Tino Peresin yetirmələri Bakı İdman Sarayında ilkə imza ata bilər. Belə ki, millimiz Hollandiya səddini keçəcəyi halda, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Qarşılaşma saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək.  

Qarşılaşmanı hakimlərdən Cerald Bomfaynd (Avstriya), Oleq İvanov (Ukrayna), Moşe Bohbot (İsrail) idarə edəcək. Yarışı UEFA nümayəndəsi Kristian Vomiku (Rumıniya), hakim-inspektoru Antonio Xose Fernando Kardoso (Portuqaliya) da izləyəcək.

 





12.04.2016    çap et  çap et