Vaxt.Az

Məhbus ailələri təhqir edilib


 

Ərdəbil zindanının hakimindən «səviyyə» nümayişi

Məhbus ailələri təhqir edilib Ərdəbil zindanına nəzarət edən hakim aclıq aksiyasi keçirən azərbaycanlı fəalların ailəsinə təhqiramiz cavab verib.

GünAz.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, aclıq edən fəalların ailəsi aprelin 11-də övladları ilə görüşmək və onların vəziyyəti ilə bağlı məlumat almaq üçün Ərdəbil zindanına müraciət ediblər. Zindan məsulları isə onların müraciətini qəbul etməyib və məhbuslarla ailələrinin görüşünə icazə verilməyib. Bundan sonra zindan hakimi Lütfiyə müraciət edən ailələr daha sərt cavabla qarşılaşıblar. Yüksək tonla danışan hakim «Onlar qələt eləyib «Fitilə» verilişinə etiraz ediblər. Qoy ölsünlər, onlar elə ona layidir» deyərək məhbusların ailəsini otaqdan çıxarıb.

Bu arada aclıq edən fəallar öz ailələri ilə telefon əlaqəsi saxlayaraq aclıq aksiyalarını davam etdiklərini bildiriblər. Mustafa Pərvin və Saleh Piçqanlunun isə səhhətində problem yaranıb. Qan təzyiqi aşağı düşən fəallar poliklinikaya aparılsa da, onlara tibbi xidmət göstərilməyib. Həkimlər bildirib ki, “göstəriş olmadan aclıq edən məhbuslara tibbi xidmət göstərmək onların səlahiyyətində deyil. Bel və mədə xəstəliyindən əziyyət çəkən Murtaza Pərvinin isə telefonla əlaqə saxlamasına qadağa qoyulub. 3 gündür ailəsi ilə əlaqə saxlamayan fəalın səhhətinin ağırlaşdığı ehtimal edilir.

Digər fəallar Meysəm Colani, Tohid Əmir Əmini və Möhsün Möhsünzadənin isə həbsxananın qəbul salonunda saxlandıqları bildirilir.

 





12.04.2016    çap et  çap et