Vaxt.Az

Ermənidən olimpiyanı qoparan güləşçi


 

Cəbrayıl Həsənov 40-cı lisenziyamızı qazandı

Ermənidən olimpiyanı qoparan güləşçi Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində Azərbaycan güləşçisi Cəbrayıl Həsənov uğurla çıxış edib. Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan C.Həsənov ardıcıl olaraq moldovalı Aleksandru Burca, polşalı Kristian Brzozovskiyə qalib gəlib.

Yarımfinalda erməni idmanşısı Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz finala çıxıb. Nəticədə o, həm də Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Beləliklə də millimiz «Rio-2016»ya 40-cı lisenziyasını əldə edib.
Final görüşləri bu gün saat 21:00-da başlayacaq.

 





16.04.2016    çap et  çap et