Vaxt.Az

«Dağlıq Qarabağ» adlı ölkə yoxdur!


 

«İşğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılacaq»

«Dağlıq Qarabağ» adlı ölkə yoxdur! «Heç bir ölkə Dağlıq Qarabağı tanımır». Bunu virtualaz.org-a ABŞ-ın Azərbaycandakı səfirliyindən Ermənistanın qondarma Dağlıq Qarabağ rejimini tanıya bilməsi məsələsinə münasibət bildirərkən deyiblər.

Səfirlikdən bildiriblər ki, Dağlıq Qarabağın yekun statusu münaqişənin hərtərəfli nizamlanması kontekstində müəyyən olunacaq ki, buna həm də işğal olunmuş torpaqların Azərbaycanın nəzarətinə qaytarılması daxildir.

«Münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün biz tərəfləri xoş məram göstərməyə və danışıqlar masası arxasına oturmağa çağırmaqda davam edirik», - deyə səfirlikdən vurğulayıblar.

 





10.05.2016    çap et  çap et