Vaxt.Az

Birinci xanımdan amnistiya təşəbbüsü


 

Mehriban Əliyeva Milli Məclisə müraciət etdi

Birinci xanımdan amnistiya təşəbbüsü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciət edib.

Bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Amnistiya aktı təşəbbüsü 28 May Müstqəlillik günü ilə bağlıdır. Z. Əsgərov qeyd edib ki, amnistiya aktının 10 min məhkumu əhatə edəcəyi gözlənilir. Bu təşəbbüs nəticəsində 3500 məhkum azadlıqdan məhrum etmə yerlərindən azad olunacaq. 

Qeyd edək ki, bu, Azərbaycanın birinci xanımının amnistiya aktı ilə bağlı 4-cü müraciətidir.

 





17.05.2016    çap et  çap et